...

Türkmənistan lideri Azərbaycanla tərəfdaşlığın bütün istiqamətlərdə fəallaşmasından danışıb

Dünya xəbərləri Materials 20 Noyabr 2014 12:20 (UTC +04:00)
Türkmənistan sarsılmaz dostluq və mehriban qonşuluq əlaqələrinə əsaslanan ənənəvi dövlətlərarası münasibətlərə, bərabərhüquqlu qarşılıqlı sərfəli əməkdaşlıq prinsiplərinə sadiq qalaraq bundan sonra da Türkmənistan-Azərbaycan tərəfdaşlığını bütün istiqamətlərdə dəyişməz olaraq fəallaşdırmaq niyyətindədir.
Türkmənistan lideri Azərbaycanla tərəfdaşlığın bütün istiqamətlərdə fəallaşmasından danışıb

Türkmənista, Aşqabad, 20 noyabr /Trend, müxbir Hüseyn Həsənov/

Türkmənistan sarsılmaz dostluq və mehriban qonşuluq əlaqələrinə əsaslanan ənənəvi dövlətlərarası münasibətlərə, bərabərhüquqlu qarşılıqlı sərfəli əməkdaşlıq prinsiplərinə sadiq qalaraq bundan sonra da Türkmənistan-Azərbaycan tərəfdaşlığını bütün istiqamətlərdə dəyişməz olaraq fəallaşdırmaq niyyətindədir. Bu barədə Prezident Qurbanqulu Berdıməhəmmədov "Türkmənistan neft və qazı - 2014" konfransında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Avdullayevlə görüşü zamanı bildirib. Trend xəbər verir ki, məlumatı cümə axşamı "Türkmən dövlət xəbərləri" (TDX) dövlət xəbər xidməti yayıb.

Məlumatda deyilir ki, R.Abdullayev ölkənin ali rəhbərinin təbrikini və xoş arzularını Türkmənistan rəhbərinə çatdırıb: "Qonaq qeyd edib ki, Türkmənistan dövlətinin xarici siyasətinin açıqlığı, bütün sahələrdə, həmçinin neft-qaz sahəsində yaradılmış əlverişli investisiya mühiti məhsuldar əlaqələrin yaradılması üçün etibarlı platforma təşkil edir".

Prezident Qurbanqulu Berdiməhəmmədov cavab olaraq Azərbaycanın ali rəhbərliyinə və xalqına ən xoş arzularını çatdırıb.

Hökumətin yaydığı məlumata görə, görüş zamanı bildirilib ki, Türkmənistanın yanacaq-enerji kompleksinin ixracat potensialının indiki görünməmiş artımı dövründə bu istiqamətdə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçüncü minilliyin dünya birliyi qarşısında duran qlobal hədəflərinin yerinə yetirilməsinə xidmət edəcək: "Bu kontekstdə Türkmənistan dövləti milli iqtisadiyyatın inkişafı üçün və ümumi maraqlar naminə nəhəng karbohidrogen resurslarından maksimal istifadəyə çalışır".

Görüşdə ARDNŞ prezidenti Türkmənistanın BMT-nin himayəsi altında beynəlxalq ekspert qrupunun yaradılmasına dair təklifini yüksək qiymətləndirib. Bu qrupun fəaliyyətinin əsas məqsədi dünya bazarlarına enerjidaşıyıcıların etibarlı və sabit şəkildə çatdırılmasının təminatına istiqamətlənmiş yeni beynəlxalq hüquqi mexanizmin hazırlanması olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti