...

İran və "altılığın" Cenevrə razılaşması 6-12 ay müddətinə uzadıla bilər

Dünya xəbərləri Materials 23 Noyabr 2014 13:05 (UTC +04:00)
Əgər tərəflər siyasi sənədi razılaşdırmasalar, İran və "altılığın" Cenevrə razılaşması 6-12 ay müddətinə uzadıla bilər.
İran və "altılığın" Cenevrə razılaşması 6-12 ay müddətinə uzadıla bilər

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Əgər tərəflər siyasi sənədi razılaşdırmasalar, İran və "altılığın" Cenevrə razılaşması 6-12 ay müddətinə uzadıla bilər. Trend TASS agentliyinə istinadən bu barədə İran nümayəndə heyətinə yaxın olan mənbə bildirib.

"Belə bir imkan var, - o, bildirib. Bununla belə, tərəflər yaxın günlərdə mövqelərə və gözlənilən razılaşmalara yaxınlaşdırmağa çalışırlar".

Mənbə təsdiq edib ki, danışıqlar prosesinin iştirakçıları irəliləyişə nail olmaq üçün mərhələni 1-2 gün uzatmağa hazırdırlar. "Danışıqlar çox intensivdir, - o, qeyd edib "və demək olmaz ki, ümumiyyətlə heç bir irəliləyiş yoxdur".

Xəbər lenti

Xəbər lenti