...

Yunanıstanda jurnalistlər ümumi tətil keçirirlər

Dünya xəbərləri Materials 26 Noyabr 2014 10:33 (UTC +04:00)
Yunanıstanda həmkarlar ittifaqlarının çağırışı ilə jurnalistlər çərşənbə günü 24 saatlıq ümumi tətil keçirilər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Yunanıstanda jurnalistlər ümumi tətil keçirirlər

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Yunanıstanda həmkarlar ittifaqlarının çağırışı ilə jurnalistlər çərşənbə günü 24 saatlıq ümumi tətil keçirilər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Gündəlik Afina Qəzetləri Redaktorları İttifaqının yaydığı məlumata görə, 24 saatlıq ümumi tətil günündə dövlət və özəl sektorda, qəzetlərdə, radio və televiziyalarda və internet saytlarında çalışan bütün jurnalistlər tətil edəcəklər. Heç bir jurnalist heç bir səbəbə görə tətildə iştirakdan azad olunmur.

Həmkarlar ittifaqları kollektiv əmək müqavilələrinin imzalanmasını, əməkhaqqı borclarının ödənilməsini və 2013-cü ilin yayında hökumətin qərarı ilə bağlanmış Yunan radiosu və ERT televiziyasının işinin bərpa edilməsini tələb edirlər.

Həmkarlar ittifaqlarının fikrincə, KİV siyasətçilərin oyunlarında iştirak etməməli, cəmiyyəti məlumatlandırmalıdır. Onlar hökumətdən beynəlxalq kreditorlar üçlüyünün [AK, AMB və BVF] memorandumlarından çıxmağı və sığorta fondlarının işini iflic edən qanunları ləğv etməyi tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti