...

OPEK şist neftinin əleyhinə deyil

Dünya xəbərləri Materials 27 Noyabr 2014 17:40 (UTC +04:00)
Neft İxrac edən Ölkələr Birliyi (ОPEK) şist neftinin əleyhinə deyil.
OPEK şist neftinin əleyhinə deyil

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Neft İxrac edən Ölkələr Birliyi (ОPEK) şist neftinin əleyhinə deyil. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Birliyin baş katibi Abdullah əl-Bədri OPEK-in iclasından əvvəl jurnalistlərə deyib.

O, Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEK ilə şist nefti istehsalçısıolan ABŞ arasında qarşıdurmanın mümkünlüyünə dair suala cavab verərkən deyib: "Biz təklifə daha bir əlavə kimi şist neftini alqışlayırıq. Biz qarşıdurmanın olduğunu düşünmürük".

Hesab edilir ki, neftin son dərəcə aşağı qiymətinə görə sonuncu bazardan sıxışdırılıb çıxarıla bilər.

Oktyabrın sonunda əl-Bədri bəyan etmişdi ki, əgər neftin qiymətləri cari səviyyədə qalarsa, şist nefti də daxil olmaqla çətin hasil olunan neftə təklif qısamüddətli perspektivdə 50 faiz aşağı düşəcək.

Bu gün səhər "Brent" neftinin qiyməti dörd illik minimumu yeniləyərək təxminən 75,6 dollar/barel təşkil edib.

Hələlik OPEK-in bazarda qiymətlərin artmasına kömək etməkdən ötrü neft hasilatı limitini azaltmaqla bağlı qərar qəbul edib-etməyəcəyi aydın deyil.

OPEK 12 dövləti - Yaxın Şərqin və Şimali Afrikanın səkkiz ölkəsini, eləcə də Nigeriya, Anqola, Venesuela və Ekvadoru birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti