...

Yerevanda fəala hücum edilib

Dünya xəbərləri Materials 28 Noyabr 2014 11:41 (UTC +04:00)
Dünən Yerevanda naməlum şəxs “Predparlament” təşkilatının üzvü Qevork Safaryana hücum edib və onun başına bərk əşya ilə vurub.
Yerevanda fəala hücum edilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Dünən Yerevanda naməlum şəxs "Predparlament" təşkilatının üzvü Qevork Safaryana hücum edib və onun başına bərk əşya ilə vurub. Trend xəbər verir ki, bu barədə "Armenia Today" məlumat yayıb.

Zərərçəkənin sözlərinə görə, o, hücum edəni görməyib.

Zərbədən Qevork Safaryan huşunu itirib və hazırda xəstəxanadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti