...

Rusiyada qanunsuz qalan əcnəbiləri 10 il ölkəyə giriş qadağası gözləyir

Dünya xəbərləri Materials 28 Noyabr 2014 17:50 (UTC +04:00)
Rusiyada qanunsuz olaraq bir ildən çox qalan əcnəbi əmək miqrantlarının ölkəyə gəlişinə 10 il qadağa tətbiq edilə bilər.
Rusiyada qanunsuz qalan əcnəbiləri 10 il ölkəyə giriş qadağası gözləyir

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Rusiyada qanunsuz olaraq bir ildən çox qalan əcnəbi əmək miqrantlarının ölkəyə gəlişinə 10 il qadağa tətbiq edilə bilər. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski bildirib.

Bu gün RF XİN-də MDB ölkələrinin səfirləri ilə keçirilən görüşdə K.Romodanovski qeyd edib ki, FMX-nin məlumatına görə, 860 minə yaxın əcnəbi bir ildən artıqdır qanunsuz olaraq Rusiyadadır.

O deyib ki, ölkədə əmək miqrantlarının əmək fəaliyyəti üçün hər cür şərait yaradılıb. Qanunu pozanlar məsuliyyətə cəlb ediləcəklər: "Kim gizlənməsə, mən günahkar deyiləm".

Xidmətin rəhbəri bildirib ki, ötən ildən RF-də 6 milyon əcnəbi vətəndaş daktiloskopiyadan keçib, Rusiya hüquq-mühafizə orqanları tərəfindən 3 milyondan artıq daktokart verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti