...

Belarusdan Almaniyaya uçan təyyarə təcili Minskə qayıdıb

Dünya xəbərləri Materials 9 Dekabr 2014 12:59 (UTC +04:00)
Belarus paytaxtından Frankfurta uçan “Lufthansa” şirkətinə məxsus təyyarə qəza vəziyyəti səbəbindən Minskə qayıdıb.
Belarusdan Almaniyaya uçan təyyarə təcili Minskə qayıdıb

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Belarus paytaxtından Frankfurta uçan "Lufthansa" şirkətinə məxsus təyyarə qəza vəziyyəti səbəbindən Minskə qayıdıb. Trend xəbər verir ki, bu barədə BELTA-ya Belarus FHN-in Minsk Şəhər İdarəsinin mətbuat katibi Vitali Dembovski bildirib.

O deyib: "Lufthansa" aviaşirkətinin Minsk-Frankfurt reysini həyata keçirən təyyarəsi qəza vəziyyəti səbəbindən Minsk aeroportuna qayıdıb. FHN-in texnikası aeroporta gəlib, təyyarə uğurla yerə enib".

Minsk Milli Aeroportundakı "Lufthansa" aviaşirkətinin nümayəndəliyindən izah ediblər ki, təyyarə texniki səbəblərə görə geri qayıtmalı olub. Təyyarənin qanadlarında problem aşkar edilib: "Enmə ştat rejimində həyata keçirilib. Vəziyyət fövqəladə olduğundan FHN-in qüvvələri cəlb edilmişdi. Təmirdən sonra təyyarə Minsk Milli Aeroportundan boş uçdu. İndi sərnişinlər aeroportdadırlar. Bu laynerin başqa şəhərlərə tranzitlə uçan sərnişinləri digər müvafiq reyslərlə yola salınacaqlar. Frankfurta gedənlər isə şirkətin növbəti reysi ilə uçacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti