...

Rusiyadakı iri geyim və ayaqqabı satıcıları çatdırmaları dayandırıblar

Dünya xəbərləri Materials 19 Dekabr 2014 10:42 (UTC +04:00)
Rusiyada iri geyim, ayaqqabı və aksesuar satıcıları rublun məzənnəsinin kəskin şəkildə düşməsi səbəbindən mağazalara malların çatdırılmasını dayandırıblar.
Rusiyadakı iri geyim və ayaqqabı satıcıları çatdırmaları dayandırıblar

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Rusiyada iri geyim, ayaqqabı və aksesuar satıcıları rublun məzənnəsinin kəskin şəkildə düşməsi səbəbindən mağazalara malların çatdırılmasını dayandırıblar. Trend xəbər verir ki, bu barədə RİA Novosti "Vedomosti" qəzetinə istinadən məlumat yayıb.

Onların arasında İspaniyanın Inditex (Zara, Oysho, Bershka brendləri) və Rusiyada Calvin Klein, Armani Jeans, Michael Kors, TopShop şəbəkələrini idarə edən BNS Group da var.

BNS Group-un baş direktoru Denis Boqatıryovun izah etdiyi kimi, şirkət gələn ilin yaz mövsümü üçün çatdırmaları dekabrın ortasından və sonunda aparmağa başlamalı idi, ancaq 2014-cü ilin sonu-2015-ci ilin birinci həftəsinə kimi fasilə götürməli olub. Dəyişikliklər bütün portfelə şamil edilməyib: "Fast fashion brendi üzrə çatdırmaları davam etdirəcəyik, lakin onların həcmini azaldacağıq".

Nəşrin rəyini öyrəndiyi geyim satıcıları Yeni il tətilinin sonuna kimi rublun sabitləşəcəyinə ümid edirlər. Hələlik isə onlar mənfi təsirləri zəiflətməyə çalışırlar.

Daşınmaz əmlak sahəsində məsləhətçi danışır ki, alıcılıq qabiliyyətinin aşağı olduğu regionlarda satıcılar ticarət mərkəzlərindən icarə tətilləri verilməsini xahiş ediblər. Moskvada riteyllər, bir qayda olaraq, şəbəkələrdən fiksə olunmuş payı dövriyyədən faizlə əvəz etməyi xahiş edirlər.

Bununla yanaşı, geyim və ayaqqabı satıcıları hazırda qiymətləri də artıra bilmirlər. "Zenden" ayaqqabı şəbəkəsinin top-menecerinin sözlərinə görə, dekabrın əvvəlindən satışda durğunluq yaranıb. O, bildirib ki, "istehlakçı çox həssasdır". Noyabr ayında valyutanın sıçrayışı zamanı satıcılar qiymətləri 23 faiz bahalaşdırsalar da, bu, satışa güclü ziyan vurub. Ona görə də əvvəlki qiymətlərə qayıtmaq lazım gəlib.

Belə şəraitdə Bosco di Ciliegi (Armani Collezioni, D&G, Emporio Armani, ETRO, Max Mara, Moschino və başqaları) daimi müştərilər üçün endirimlərin məbləğini bir neçə dəfə aşağı salıb. Dekabrın 17-dən diskont kartlar üzrə endirim məsələn 30-dan 15 faizədək məhdudlaşdırılıb, pərakəndə qiymətlər köhnə məzənnə ilə 1 avro/48 rubl nisbətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti