...

Turqut Özalın oğlu partiya yaradıb

Dünya xəbərləri Materials 19 Dekabr 2014 10:59 (UTC +04:00)
Türkiyənin sabiq prezidenti Turqut Özalın oğlu Əhməd Özal yeni siyasi partiya yaradıb.
Turqut Özalın oğlu partiya yaradıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin sabiq prezidenti Turqut Özalın oğlu Əhməd Özal yeni siyasi partiya yaradıb. Bu barədə Trend cümə günü "Milliyet" qəzetinə istinadən xəbər verir.

Yeni partiya "ANA Parti" adlanır və onun fəaliyyəti Mustafa Kamal Atatürkün ideyalarına əsaslanacaq.

Hazırda Türkiyədə 76 siyasi partiya var. Ölkə parlamentində onlardan yalnız dördü - Ədalət və İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHP), Milli Hərəkat (MHP) və kürdyönümlü Demokratik Xalqlar (HDP) partiyaları təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti