...

Qazaxıstan parlamenti Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqaviləni paraflayıb

Dünya xəbərləri Materials 19 Dekabr 2014 10:56 (UTC +04:00)
Qazaxıstan parlamentinin Senatı plenar iclasında “2014-cü il mayın 29-dan Ermənistanın Avrasiya İqtisadi İttifaqına haqqında Müqaviləyə qoşulmasına dair Müqavilənin paraflanması haqqında” qanunu qəbul edib.
Qazaxıstan parlamenti Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqaviləni paraflayıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Qazaxıstan parlamentinin Senatı plenar iclasında "2014-cü il mayın 29-dan Ermənistanın Avrasiya İqtisadi İttifaqına haqqında Müqaviləyə qoşulmasına dair Müqavilənin paraflanması haqqında" qanunu qəbul edib. Trend xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Qazaxıstanın milli iqtisadiyyat naziri Erbolat Dosayev qanun layihəsini təqdim edərkən deyib: "2014-cü il 29 may tarixindən Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair Müqavilə Ermənistan, Belarus, Qazaxıstan və Rusiya prezidentləri tərəfindən 2014-cü il oktyabrın 10-da Minskdə imzalanıb. Müqavilənin qüvvəyə mindiyi tarixdən Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olur".

Nazirin sözlərinə görə, Ermənistan üzərinə 2014-cü il 29 may tarixli Avrasiya İqtisadi İttifaqına qoşulma haqqında Müqavilədə, Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın hüquqi bazasında nəzərdə tutulan öhdəlikləri götürüb. Müqavilənin əsasını Ermənistanın 4 azadlığın - malların, kapitalın, xidmət və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunmasına şərait yaradılması istiqamətində razılaşmalara qoşulması təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti