...

İran parlamentinin spikeri İraq, Suriya və Livana səfər edir

Dünya xəbərləri Materials 19 Dekabr 2014 13:38 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani həftə sonu İraq, Suriya və Livana səfər edəcək.
İran parlamentinin spikeri İraq, Suriya və Livana səfər edir

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İran parlamentinin spikeri Əli Laricani həftə sonu İraq, Suriya və Livana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, Əli Laricaninin səfəri bazar günü başlayacaq. Laricaninin öncə İraqa, daha sonra Suriya və Livana səfər edəcəyi gözlənilir.

O, səfər zamanı müxtəlif görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafı və regiondakı problemlər haqqında müzakirələr aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti