...

Bahalaşma Yerevanda etiraz aksiyasına yol açdı - Xalqın haqlı tələbi çoxdur

Dünya xəbərləri Materials 19 Dekabr 2014 16:58 (UTC +04:00)
Cümə günü Yerevanda dramın məzənnəsinin düşməsi və malların bahalaşması ilə əlaqədar öz etirazını bildirmək üçün onlarla adam hökumətin binası qarşısında toplaşıb. Bu abrədə Trend “Armenia Today”ə istinadən yazır.
Bahalaşma Yerevanda etiraz aksiyasına yol açdı - Xalqın haqlı tələbi çoxdur

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Bu gün onlarla şəxs Yerevanda dramın məzənnəsinin düşməsi və malların bahalaşmasına etirazını bildirmək üçün hökumətin binası qarşısında toplaşıb. Bu barədə Trend Armenia Today-ə istinadən məlumat verir.

Оnlar hökumətə dekabrın 23-dək həyata keçirilməli olan altı bənddən ibarət tələb təqdim etmək niyyətindədirlər. Aksiya iştirakçılarının bəyanatında qeyd edildiyi kimi, göstərilən tələblərin yerinə yetirilməməsi sosial partlayışa səbəb ola bilər ki, bu da hazırkı hakimiyyət üçün ağır nəticələnə bilər.

Belə ki, etirazçılar hökumətdən ilkin tələbat mallarının qiymətlərini böhrandan əvvəlki səviyyəyədək aşağı salmağı, inhisarçılığı aradan qaldırmağı, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması prosesini dayandırmağı və s. tələb edirlər.

Habelə onlar qazdoldurma məntəqələrində qazın qiymətlərinin azaldılmasını tələb ediblər. Əks halda, marşrut taksilərinin sürücüləri ilə birlikdə tətillərin təşkil olunacağı barədə xəbərdarlıq ediblər. Habelə dollarla götürülən kreditlərin yenidən hesablanması da tələblər siyahısına daxil edilib. Bu tələb yerinə yetirilməzsə, təşəbbüsün müəllifləri dollarla kredit götürmüş vətəndaşları öz öhdəliklərini yerinə yetirməkdən imtina etməyə çağıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti