...

Ermənistanda daha bir fəal döyülüb

Dünya xəbərləri Materials 22 Dekabr 2014 11:02 (UTC +04:00)
Ötən cümə günü Yerevanın mərkəzində iki naməlum şəxs vətəndaş fəalı Vaqinak Şuşanyanı döyüb.
Ermənistanda daha bir fəal döyülüb

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Ötən cümə günü Yerevanın mərkəzində iki naməlum şəxs vətəndaş fəalı Vaqinak Şuşanyanı döyüb.

Trend "Armenia Report"-a istinadən xəbər verir ki, bu barədə fəal özünün Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb, eləcə də dodaq nahiyəsindən zədə aldığı görünən fotoşəklini yerləşdirib.

Ötən həftə Ermənistan hökumətinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı Vaqinak Şuşanyan bəyan edib: "Polis polkovnik-leytenantı deyib: Kim mənim prezidentimi söyərsə, onun qulaqlarını kəsəcəyəm. Deyirəm ki, qoy bura gəlsin, mən onun prezidentini də, onun özünü də tənqid edəcəyəm, görəcəyik, o mənim qulaqlarımı kəsə biləcəkmi?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti