...

Pakistanda 500-dək məhbusa edam cəzası

Dünya xəbərləri Materials 22 Dekabr 2014 16:12 (UTC +04:00)
Pakistan hakimiyyəti yaxın bir neçə həftədə terrorçuluq fəaliyyətinə görə təqribən 500 məhbusu edam etməyi planlaşdırır.
Pakistanda 500-dək məhbusa edam cəzası

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Pakistan hakimiyyəti yaxın bir neçə həftədə terrorçuluq fəaliyyətinə görə təqribən 500 məhbusu edam etməyi planlaşdırır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Pakistan Daxili İşlər Nazirliyi 500 məhbusun işinə baxıb.

Pakistan hökumətindən deyiblər ki, onların əfv edilməsi barədə xahiş ölkə Prezidenti Məmnun Hüseyn tərəfindən rədd edilib.

Artıq ötən cümə günündən başlayaraq rusiyalı Axlas Axlak da daxil olmaqla 6 nəfər edam edilib. Rusiyalı Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəfə sui-qəsd törətməkdə günahlandırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti