...

Ceki Çanın oğlu narkopriton saxlamaqda ittiham olunur

Dünya xəbərləri Materials 22 Dekabr 2014 15:46 (UTC +04:00)
32 yaşlı Ceysi Çan məhkəmə qarşısına çıxarılacaq.
Ceki Çanın oğlu narkopriton saxlamaqda ittiham olunur

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu məşhur aktyor Ceki Çanın oğluna qarşı Pekində narkopriton saxlamaq barədə rəsmi ittiham irəli sürüb. 32 yaşlı Ceysi Çan məhkəmə qarşısına çıxarılacaq. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Fan Tszyumin adı ilə də tanınan Ceysi sentyabrda Pekində tanınmış Tayvan kino aktyoru, 23 yaşlı Çjendunla birlikdə saxlanılıb. Onlar narkotik testindən keçiriliblər. Saxlandıqdan sonra polis Ceysinin mənzilində axtarış aparıb və oradan 100 qram marixuana aşkar edib.

KİV Ceysini üç il həbs cəzası gözlədiyini bildirib. Dünya şöhrətli C.Çan oğlunun davranışına görə üzr istəyib.

"Reuters" agentliyi xəbər verir ki, Çin prokurorluğunun məlumatına görə, Ceysi barəsində narkopriton saxlamaq, narkotikləri qəbul edənlərin gizlədilməsi üzrə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti