...

Mozambikdə timsah ödü qatılmış pivədən kütləvi zəhərlənmə: 70 ölü (ƏLAVƏ)

Dünya xəbərləri Materials 12 Yanvar 2015 16:52 (UTC +04:00)
Mozambik polisi bazar günü baş vermiş faciəli insidenti araşdırır. Belə ki, dəfn mərasimlərindən birində adamlara paylanan ənənəvi yerli pivədən zəhərlənmə nəticəsində 70 nəfər ölüb, 200-ə yaxın şəxs xəstəxanaya yerləşdirilib.
Mozambikdə timsah ödü qatılmış pivədən kütləvi zəhərlənmə: 70 ölü (ƏLAVƏ)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:21-də yayılıb)

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Mozambik polisi bazar günü baş vermiş faciəli insidenti araşdırır. Belə ki, dəfn mərasimlərindən birində adamlara paylanan ənənəvi yerli pivədən zəhərlənmə nəticəsində 70 nəfər ölüb, 200-ə yaxın şəxs xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, zəhərlənməyə səbəb içkiyə əlavə edilən timsah ödü olub. Bu barədə Trend BBC-nin Rus xidmətinə əsasən xəbər verir. Hüquq-mühafizə orqanları pivəyə qəsdən timsah ödünün əlavə edildiyini zənn edirlər.

Zəhərlənən şəxslərin hamısı dəfn mərasiminin iştirakçısı olublar. Mərasimdə ölkədə buğda və ya qarğıdalıdan hazırlanan ənənəvi pombe pivəsi paylanıb.

Polis dəfn mərasimi iştirakçılarının qəbiristanlığa getdikləri vaxt zəhərləndiyini güman edir. Pivəni bişirən qadın da qurbanlar arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti