...

Parlamentdə Quran təhqir edildi

Dünya xəbərləri Materials 23 Yanvar 2015 15:03 (UTC +04:00)
Belçikada Flaman Mənfəəti Partiyasının keçmiş lideri Filip Devinter ölkə parlamentində Quranı təhqir edib.
Parlamentdə Quran təhqir edildi

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Belçikada Flaman Mənfəəti Partiyasının keçmiş lideri Filip Devinter ölkə parlamentində Quranı təhqir edib. Trend-in cümə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, F.Devinter parlament kürsüsündə çıxış edərkən əlindəki Quranı havaya qaldıraraq təhqiramiz sözlərdən istifadə edib.

O, "bir çox bəla və müsibətin mənbəyi"nin Quran olduğunu deyib. F.Devinter Belçikanın məscidləri maliyyələşdirməməli və xaricdən gələn imamları bura təyin etməməli olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti