...

Türkiyədə Gülən hərəkatının tərəfdarlarına qarşı əməliyyat keçirilir

Dünya xəbərləri Materials 27 Yanvar 2015 11:41 (UTC +04:00)
Türkiyənin 11 vilayətində hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülən hərəkatının tərəfdarlarına qarşı əməliyyat keçirilir.
Türkiyədə Gülən hərəkatının tərəfdarlarına qarşı əməliyyat keçirilir

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin 11 vilayətində hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülən hərəkatının tərəfdarlarına qarşı əməliyyat keçirilir. Bu barədə Trend çərşənbə axşamı "Hurriyet" qəzetinə istinadən xəbər verir.

Əməliyyat çərçivəsində aralarında yüksək çinli polis məmurlarının da olduğu 26 nəfər saxlanılıb.

Bir qədər əvvəl xəbər verilmişdi ki, Türkiyədə Fətullah Gülən hərəkatına qarşı mübarizə çərçivəsində dövlət strukturlarında son zamanların ən irimiqyaslı kadr dəyişiklikləri gözlənilir.

Gözlənildiyi kimi, Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyənin dövlət idarələrinin demək olar ki, bütün rəhbərləri dəyişdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti