...

Erməni əsgər asılmış vəziyyətdə tapılıb

Dünya xəbərləri Materials 29 Yanvar 2015 19:19 (UTC +04:00)
Yerevanda hərbi tədris hissəsinin idman meydançasında asılmış vəziyyətdə tapılan hərbçinin şəxsiyyəti müəyyən olunub.
Erməni əsgər asılmış vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Yerevanda hərbi tədris hissəsinin idman meydançasında asılmış vəziyyətdə tapılan hərbçinin şəxsiyyəti müəyyən olunub.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu, Nizami kəndinin sakini Aykaz Barseqyandır.

O, Vazgen Sarkisyan adına Hərbi İnstitutun birinci kursunda oxuyurdu.

Hadisənin təfərrüatları aydınlaşdırılır. Cinayət işi qaldırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti