...

Con Kerri cərimə olunub

Dünya xəbərləri Materials 30 Yanvar 2015 11:23 (UTC +04:00)
Boston şəhər hakimiyyəti ABŞ dövlət katibi Con Kerrini evinin qarşısındakı qarın təmizlənməməsinə görə 50 dollar cərimə edib.
Con Kerri cərimə olunub

Azərbaycan, Bakı, 30 yanvar /Trend /

Boston şəhər hakimiyyəti ABŞ dövlət katibi Con Kerrini evinin qarşısındakı qarın təmizlənməməsinə görə 50 dollar cərimə edib. Bu barədə Trend İnterfaks-a istinadən xəbər verir.

"Politico" qəzetinin məlumatına görə, belə qərar yerli sakinlərdən qardan təmizlənməmiş səkiyə görə daxil olan şikayətlərdən sonra qəbul edilib.

Məlumata görə, cərimə cümə axşamı təyin edilib və dövlət katibi qar yığınlarının təmizlənməməsi ilə bağlı qərarın icra edilməməsinə görə hər gün 50 dollar ödəməli olacaq.

Bu həftənin əvvəlində ABŞ-ın şərq sahilləri güclü qar çovğununa məruz qalıb. Yağan qarın qalınlığının yarım metrə çatdığı Bostonda şəhər hakimiyyəti sakinləri küçələrin təmizləməsində kommunal təsərrüfat işçilərinə kömək etməyə çağırıb. Meriyanın sərəncamına əsasən, onlar öz evlərinin qarşısından qarı özləri təmizləməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti