...

Pakistanda partlayış: 61 ölü

Dünya xəbərləri Materials 30 Yanvar 2015 20:45 (UTC +04:00)
Pakistanın cənubundakı Sind vilayətinin Şikarpur dairəsində baş vermiş partlayış nəticəsində 61 nəfər həlak olub.
Pakistanda partlayış: 61 ölü

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Pakistanın cənubundakı Sind vilayətinin Şikarpur dairəsində baş vermiş partlayış nəticəsində 61 nəfər həlak olub. Bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Bundan əvvəl 40 nəfərin öldüyü, 55 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Pakistanın DAWN qəzeti yazır ki, partlayış cümə namazı vaxtı yerli hüseyniyyədə baş verib.

Hadisənin dəqiq səbəbləri müəyyənləşdirilməyib, lakin yerli hakimiyyət partlayıcı qurğunu terrorçu-intiharçının gətirdiyini istisna etmir.

Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti