...

Son 5 ayda ilk dəfə

Dünya xəbərləri Materials 3 Fevral 2015 14:13 (UTC +04:00)
Kubada son beş ayda ilk dəfə olaraq ölkənin sabiq lideri Fidel Kastronun fotoları yayılıb.
Son 5 ayda ilk dəfə

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Məftun Salmanov/

Kubada son beş ayda ilk dəfə olaraq ölkənin sabiq lideri Fidel Kastronun fotoları yayılıb. Trend-in çərşənbə axşamı Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 88 yaşlı F.Kastro şəkillərdə tələbə ilə söhbət edərkən görüntülənib.

Həmin tələbənin Kuba Tələbə İttifaqının rəhbəri olduğu bildirilir. 10 ədəd fotonun yanvarın 23-də çəkildiyi qeyd edilir.

Kuba inqilabının liderinin uzun müddət ictimaiyyət arasında görünməməsi onun ölməsi barədə şayiələrin yaranmasına səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti