Azərbaycan, Bakı, 25 fevral /Trend/
Fransada terror təhlükəsi səviyyəsi yüksək olaraq qalır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Fransua Olland Təhlükəsizlik Şurasının iclasında deyib.
Yelisey sarayının rəsmi məlumatında deyilir: "Respublika Prezidenti milli ərazinin qorunması mexanizmlərinin işini qiymətləndirmək üçün Təhlükəsizlik Şurasının iclasını keçirib. Dövlət başçısı Şuranın iclasında ərazimizdə terror təhlükəsinin xarakterini sabit yüksək kimi təsdiq edib. O, bir daha bəyan edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün zəruri olan hər şey ediləcək".