...

Ermənistanda yeni müxalifət yaradıla bilər

Dünya xəbərləri Materials 27 Fevral 2015 14:09 (UTC +04:00)
Ermənistanın bir sıra siyasi qüvvələri aktiv siyasi məsləhətləşmələr aparır.
Ermənistanda yeni müxalifət yaradıla bilər

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Ermənistanın bir sıra siyasi qüvvələri aktiv siyasi məsləhətləşmələr aparır.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüşlərin təşkilatçısı "Milli müqəddəratı təyinetmə" birliyinin rəhbəri Paruyr Ayrikyandır.

Onun sözlərinə görə, görüşlərdə 7 siyasi qüvvənin nümayəndələri iştirak edirlər: "Görüşlər hələ fevralın 9-da başlayıb".

P.Ayrikyan qeyd edib ki, görüşlər konsultativ xarakter daşıyır və hələ fəaliyyət proqramı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti