...

ABŞ-da bir şəhərdə 7 ölü

Dünya xəbərləri Materials 27 Fevral 2015 20:55 (UTC +04:00)
Polis mümkün qatillə ölülər arasında bağlantı axtarmağa çalışır.
ABŞ-da bir şəhərdə 7 ölü

Azərbaycan, Bakı, 27 fevral /Trend/

ABŞ-ın Missuri ştatının polisi Tirona şəhərinin müxtəlif hissələrində yeddi nəfərin cəsədinin aşkar edildiyini bəyan edib. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, atəş açdığı güman edilən şəxs də öldürülüb.

Polisin məlumatına əsasən, 36 yaşlı şübhəlinin özünü öldürdüyü ehtimal edilir.

Polis mümkün qatillə ölülər arasında bağlantı axtarmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti