...

Boris Nemtsovun kabinetində axtarış aparılıb

Dünya xəbərləri Materials 2 Mart 2015 00:14 (UTC +04:00)
Rusiya siyasətçisi Boris Nemtsovun kabinetində axtarış aparılıb.
Boris Nemtsovun kabinetində axtarış aparılıb

Azərbaycan, Bakı, 1 mart /Trend/

Rusiya siyasətçisi Boris Nemtsovun kabinetində axtarış aparılıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Nemtsovun Yaroslavl rayon dumasında yerləşən kabinetində axtarış aparılıb.

Məlumata əsasən, kabinetdə olan korespondensiya üçün qutu fevralın 28-də deputatların yanında möhürlənilib.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan B.Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən bir neçə dəfə atılan atəş nəticəsində hadisə yerində keçinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti