...

Məşhur italiyalı sahibkar maşınında ölü tapılıb

Dünya xəbərləri Materials 4 Mart 2015 15:23 (UTC +04:00)
Məşhur italiyalı sahibkar Quido Qizolfinin ötən gün axşam saatlarında şəxsi avtomobilində meyiti tapılıb.
Məşhur italiyalı sahibkar maşınında ölü tapılıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Məşhur italiyalı sahibkar Quido Qizolfinin ötən gün axşam saatlarında şəxsi avtomobilində meyiti tapılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Q.Qizolfi "Mossi & Ghisolfi" transmilli şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb.

Məlumata görə, 58 yaşlı biznesmen yaxın məsafədən silahdan açılan atəşlə qətlə yetirilib. Bu versiyaya görə, söhbət intihardan gedir. Polis cəsədin yaxınlığında yazı aşkar edib.

Qeyd edək ki, sahibkar hakim İtaliya Demokrat Partiyasının üzvü idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti