...

"Nemtsovun qətli ilə bağlı iş üzrə şübhəlilər var"

Dünya xəbərləri Materials 4 Mart 2015 14:20 (UTC +04:00)
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bəyan edib ki, istintaqın Boris Nemtsovun qətli ilə bağlı işi üzrə şübhələndiyi şəxslər var.
"Nemtsovun qətli ilə bağlı iş üzrə şübhəlilər var"

Azərbaycan, Bakı, 4 mart /Trend/

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bəyan edib ki, istintaqın Boris Nemtsovun qətli ilə bağlı işi üzrə şübhələndiyi şəxslər var.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, jurnalistlərin müvafiq sualına cavab verərkən A. Bortnikov "onlar həmişə var" deyib.

Qeyd edək ki, müxalif siyasətçi fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti