...

Türk Tarix Qurumuna yeni rəhbər təyin edilib

Dünya xəbərləri Materials 6 Mart 2015 09:24 (UTC +04:00)
Türkiyənin Türk Tarix Qurumuna (TTK) yeni rəhbər təyin edilib.
Türk Tarix Qurumuna yeni rəhbər təyin edilib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Türk Tarix Qurumuna (TTK) yeni rəhbər təyin edilib. Bu barədə Trend Türkiyənin "Rəsmi Qəzet"inə istinadən məlumat verir.

Məlumata əsasən, qurumun rəhbəri postuna Qazi Universitetinin professoru Refik Turan gətirilib.

Məlumat üçün qeyd edək ki, 2008-ci ildən bu günə qədər Türk Tarix Qurumunun rəhbəri beş dəfə dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti