...

Ticarət mərkəzində silahlı insident: ölənlər və xəsarət alanlar var

Dünya xəbərləri Materials 18 Mart 2015 11:08 (UTC +04:00)
Kaliforniyanın Stoknot şəhərində atışma zamanı üç nəfər ölüb, dörd nəfər isə yaralanıb.
Ticarət mərkəzində silahlı insident: ölənlər və xəsarət alanlar var

Azərbaycan, Bakı, 18 mart /Trend/

Kaliforniyanın Stoknot şəhərində atışma zamanı üç nəfər ölüb, dörd nəfər isə yaralanıb. Trend xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Yerli mətbuatın yazdığına görə, silahlı insident gecə ticarət mərkəzlərinin birində baş verib. İlkin məlumata görə, mağazanın içərisində olan insanlara obyektin yanındakı avtomobildən atəş açılıb.

Atışma zamanı bir qadın hadisə yerində ölüb, digər ikisi isə xəstəxanada keçinib. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti