...

Xilasedicilər "Airbus A320" təyyarəsində həlak olanların cəsədlərini daşıyırlar

Dünya xəbərləri Materials 26 Mart 2015 02:39 (UTC +04:00)
Axtarış-xilasetmə xidmətlərinin helikopterləri Fransada Alp dağlarında təyyarənin qəzaya uğradığı yerdən həlak olan sərnişinlərin meyitlərinin daşınmasına başlayıb.
Xilasedicilər "Airbus A320" təyyarəsində həlak olanların cəsədlərini daşıyırlar

Azərbaycan, Bakı, 26 mart /Trend/

Axtarış-xilasetmə xidmətlərinin helikopterləri Fransada Alp dağlarında təyyarənin qəzaya uğradığı yerdən həlak olan sərnişinlərin meyitlərinin daşınmasına başlayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Daşınmış cəsədlərin sayı haqqında heç bir məlumat verilmir.

Daha əvvəl jandarmeriya Fransanın cənub-şərqində laynerin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatlarının dayandırılması barədə məlumat vermişdi. Xilasedicilər axtarışları cümə axşamı davam etdirəcəklər.

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti