...

Yəmənə hava zərbələri endirildi: 65 ölü

Dünya xəbərləri Materials 26 Mart 2015 14:01 (UTC +04:00)
Bu gün Yəmənə endirilmiş hava zərbələri nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.
Yəmənə hava zərbələri endirildi: 65 ölü

Azərbaycan, Bakı, 26 mart /Trend/

Bu gün Yəmənə endirilmiş hava zərbələri nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət nümayəndələri bildiriblər.

"Sputnik" agentliyi yerli məmurdan sitat gətirir: "Sənanın şimalında və Saaddakı yaşayış məntəqələrinə endirilmiş aviazərbələr nəticəsində 65 nəfər ölüb".

Qeyd edək ki, Yəməndə regionun bir sıra ölkələrinin iştirak etdiyi beynəlxalq hərbi əməliyyat başlayıb. Hazırda aviazərbələrin paytaxt Sənanın hava limanına və bir neçə hərbi obyektə endirildiyi məlumdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti