...

Yaponiya zəlzələ ilə mübarizə aparır

Dünya xəbərləri Materials 31 Mart 2015 19:40 (UTC +04:00)
Yaponiya hökuməti episentri Tokioda olan güclü zəlzələyə hazırlıq planını təsdiq edib.
Yaponiya zəlzələ ilə mübarizə aparır

Azərbaycan, Bakı, 31 mart /Trend/

Yaponiya hökuməti episentri Tokioda olan güclü zəlzələyə hazırlıq planını təsdiq edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, plan ölənlərin və dağılmış binaların sayını iki dəfə azaltmağa imkan verəcək.

Alimlərin fikrincə, Tokioda 30 il ərzində güclü zəlzələnin baş vermə ehtimalı 70 faizdir. Zəlzələ nəticəsində 23 min nəfər ölə, 610 min bina dağıla bilər.

Bu məqsədlə binaların seysmik davamlılığını 95 faizədək artırmaq təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti