...

İstanbulun elektrik enerjisi təchizatı 80 faiz bərpa edilib

Dünya xəbərləri Materials 31 Mart 2015 19:36 (UTC +04:00)
Türkiyənin Energetika Nazirliyi İstanbulun elektrik enerjisi təchizatını 80 faiz bərpa edib.
İstanbulun elektrik enerjisi təchizatı 80 faiz bərpa edilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Türkiyənin Energetika Nazirliyi İstanbulun elektrik enerjisi təchizatını 80 faiz bərpa edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, elektrik enerjisinin təchizatı Türkiyədə əhəmiyyətli dərəcədə, İstanbulda isə 80 faiz bərpa edilib: "Güman edirik ki, yaxın vaxtlarda elektrik enerjisinin verilişi tam bərpa ediləcək".

Xatırladaq ki, bu gün yerli vaxtla saat 10:36-da Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərinə elektrik enerjisinin verilişi dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti