...

Rusiyanın Ermənistandakı hərbi bazasının zenitçiləri təlimlərə başlayıb

Dünya xəbərləri Materials 1 Aprel 2015 17:25 (UTC +04:00)
Rusiyanın Ermənistandakı hərbi bazasının hava hücumundan müdafiə üzrə qoşun bölmələri dəniz səviyyəsindən 1,5 min metr hündürlükdə səhra toplanışına başlayıblar.
Rusiyanın Ermənistandakı hərbi bazasının zenitçiləri təlimlərə başlayıb

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Rusiyanın Ermənistandakı hərbi bazasının hava hücumundan müdafiə üzrə qoşun bölmələri dəniz səviyyəsindən 1,5 min metr hündürlükdə səhra toplanışına başlayıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təlimlərə zenit-raket bölmələrinin 300 hərbi qulluqçusu cəlb olunub.

Rusiya Cənub Hərbi Dairəsinin məlumatında qeyd olunur ki, təlimlərdə şərti rəqibin tək və qrup şəklində olan hava hədəflərinin hücumunun dəf olunması üzrə məşqlər ediləcək. Hərbçilər 100-dən çox taktiki tapşırığı yerinə yetirəcəklər.

Taktiki təlimlərdən sonra hərbçilərə Kapustin Yar poliqonunda döyüş atışları ilə təlim keçiriləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti