...

Təqsirləndirilən şəxs: "Nemtsovun kim olduğunu bilmirəm" (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 Aprel 2015 17:47 (UTC +04:00)
Siyasətçi Boris Nemtsovun qətlində təqsirləndirilən Tamerlan Əsgərxanov istintaqın ittihamlarını təkzib edib.
Təqsirləndirilən şəxs: "Nemtsovun kim olduğunu bilmirəm" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Siyasətçi Boris Nemtsovun qətlində təqsirləndirilən Tamerlan Əsgərxanov istintaqın ittihamlarını təkzib edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, hətta B.Nemtsovun kim olduğunu bilmədiyini deyib: "Mənim günahım yoxdur".

X X X

Artıq Moskva məhkəməsi T.Əsgərxanovun həbsini qanunsuz hesab edib. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə yenidən baxılması üçün məsələni Basman məhkəməsinə göndərib.

O, növbəti məhkəmə iclasınadək həbsdə qalacaq.

Moskva məhkəməsi bu gün digər təqsirləndirilən şəxslər Həmzət Baxayev və Şadid Qubaşevə qarşı da analoji qərar qəbul edib.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov Moskvanın mərkəzində bu il fevralın 28-i gecə qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti