...

Türkiyə ölən prokurorun xatirəsini əbədiləşdirir

Dünya xəbərləri Materials 1 Aprel 2015 18:18 (UTC +04:00)
İstanbuldakı Ədalət Sarayı martın 31-də antiterror əməliyyatı zamanı ölən prokuror Səlim Kirazın adını daşıyacaq.
Türkiyə ölən prokurorun xatirəsini əbədiləşdirir

Azərbaycan, Bakı, 1 aprel /Trend/

İstanbuldakı Ədalət Sarayı martın 31-də antiterror əməliyyatı zamanı ölən prokuror Səlim Kirazın adını daşıyacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə ölən prokurorun xatirəsini yad edir.

Qeyd edək ki, ötən gün bir qrup silahlı şəxs İstanbul Ədalət Sarayına basqın edərək prokuroru girov götürmüşdülər. Onlar ötən il küçə nümayişləri zamanı həlak olmuş 15 yaşlı Berkin Əlvanın ölümündə təqsiri olan polis əməkdaşlarının həbs edilməsini tələb edirdilər.

Silahlılar tərəfindən girov götürülmüş və xilasetmə əməliyyatı zamanı 5 güllə yarası almış prokuror S.Kiraz xəstəxanada dünyasını dəyişib.

Xüsusi əməliyyat zamanı hər iki silahlı şəxs məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti