...

Məhkəmə Nemtsovun qətlində təqsirləndirilən şəxsi həbsdə saxlayıb

Dünya xəbərləri Materials 1 Aprel 2015 20:20 (UTC +04:00)
Moskva məhkəməsi Boris Nemtsovun qətlində ittiham edilən Anzor Qubaşevin həbs edilməsinin qanuni olduğuna dair qərar çıxarıb.
Məhkəmə Nemtsovun qətlində təqsirləndirilən şəxsi həbsdə saxlayıb

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Moskva məhkəməsi Boris Nemtsovun qətlində ittiham edilən Anzor Qubaşevin həbs edilməsinin qanuni olduğuna dair qərar çıxarıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, daha əvvəl Moskva məhkəməsi siyasətçi B.Nemtsovun qətlində təqsirləndirilən digər şəxsin - Tamerlan Əsgərxanovun həbsini qanunsuz hesab edib.

O, növbəti məhkəmə iclasınadək həbsdə qalacaq.

Moskva məhkəməsi bu gün digər təqsirləndirilən şəxslər Həmzət Baxayev və Şadid Qubaşevə qarşı da analoji qərar qəbul edib.

Məhkəmənin qərarı ilə siyasətçinin qatili hesab edilən Zaur Dadayev isə aprelin 28-dək həbsdə saxlanılacaq. Z.Dadayev qətldə əli olduğunu inkar edir.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov Moskvanın mərkəzində bu il fevralın 28-i gecə qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti