...

İstanbulda polis məntəqəsinə hücum edən terroristlər zərərsizləşdirildi (ƏLAVƏ OLUNUB - 2)

Dünya xəbərləri Materials 1 Aprel 2015 21:22 (UTC +04:00)
İstanbulda polis məntəqəsinə silahlı hücum olub.
İstanbulda polis məntəqəsinə hücum edən terroristlər zərərsizləşdirildi (ƏLAVƏ OLUNUB - 2)

Təfərrüatlar əlavə olunub (İlk xəbər saat 20:35-də yayılıb)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

İstanbulda polis məntəqəsinə silahlı hücum olub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hadisəni 2 kişi, 1 qadın törədib.

Polisin cinayətkarlara cavab atəşi açması nəticəsində basqınçılardan biri - qadın öldürülüb. Onun üzərində partlayıcı qurğu aşkar edilib.

Terrorçulardan ikisidə saxlanılıb.

Hadisə nəticəsində bir polis əməkdaşı da xəsarət alıb.

Bu, gün ərzində İstanbulda ikinci oxşar hadisədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti