...

İstanbulda polis məntəqəsinə hücum edən terroristin adı məlum olub

Dünya xəbərləri Materials 2 Aprel 2015 00:47 (UTC +04:00)
İstanbulda polis məntəqəsinə hücum edən terrorist qadının Elif Sultan Kalsın olduğu məlum olub.
İstanbulda polis məntəqəsinə hücum edən terroristin adı məlum olub

Azərbaycan, Bakı, 2 aprel /Trend/

İstanbulda polis məntəqəsinə hücum edən terrorist qadının Elif Sultan Kalsın olduğu məlum olub.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, terroristin Elif Sultan Kalsın olduğu parmaq izlərinin analizindən sonra müəyyən olunub.

Qeyd edək ki, aprelin 1-də İstanbulda polis məntəqəsinə silahlı hücum olub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hadisəni 2 kişi, 1 qadın törədib.

Polisin cinayətkarlara cavab atəşi açması nəticəsində basqınçılardan biri - qadın öldürülüb. Onun üzərində partlayıcı qurğu aşkar edilib.

Bundan öncə yanvarın 6-da İstanbulun tarixi Sultan Əhməd rayonunda Turizm Polis Şöbəsində qadın terrorçu-intiharçı özünü partladıb. Hadisə nəticəsində həmin qadın və bir polis ölüb, daha bir polis əməkdaşı isə xəsarət alıb.

Əvvəlcə terror aktını həyata keçirən qadının Kocaeli Universitetinin tələbəsi Elif Sultan Kalsen olduğu bildirilirdi.

Sonradan Türkiyə DİN İstanbulda partlayış törədən terrorçu-intiharçının Rusiya vətəndaşı Diana Ramazanova olduğunu bəyan edib.

Elif Sultan Kalsının adı 2012-ci ildə Hüquq-mühafizə Baş İdarəsinin açıqladığı 9 nəfərlik canlı bomba siyahısında yer alıb.

Bu siyahının açıqlamasının ardından mətbuat açıqlaması edən Kalsın, canlı bomba olduğunu təkzib etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti