...

İstanbulda anti-terror əməliyyatı keçirilib, saxlanılanlar var

Dünya xəbərləri Materials 2 Aprel 2015 10:37 (UTC +04:00)
Son günlər bir neçə terror aktının müşahidə olunduğu İstanbulda hüquq-mühafizə orqanları tərəfindən anti-terror əməliyyatı keçirilib.
İstanbulda anti-terror əməliyyatı keçirilib, saxlanılanlar var

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Son günlər bir neçə terror aktının müşahidə olunduğu İstanbulda hüquq-mühafizə orqanları tərəfindən anti-terror əməliyyatı keçirilib.

Trend "Milliyet"e istinadən xəbər verir ki, xüsusi əməliyyat zamanı sol radikal qruplaşma olan və üzvləri tərəfindən bu günlərdə İstanbul Ədalət Sarayına hücum olunmuş Xalq Azadlıq Cəbhəsi" (DHKP-C) ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Məhz bu təşkilat 2013-cü ilin may ayında Hatay vilayətinin Reyhanlı şəhərində 46 nəfərin öldüyü, 155 nəfərin isə xəsarət aldığı terror aktına görə məsuliyyət daşıyır.

Qruplaşmanın üzvləri həmçinin ABŞ-ın Ankaradakı səfirliyində terror aktı törədiblər, nəticədə 1 nəfər mühafizə əməkdaşı ölüb, 1 nəfər isə xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti