...

Hillari Klinton ABŞ-da eynicinsli nikahları qanuniləşdirməyi təklif edir

Dünya xəbərləri Materials 16 Aprel 2015 14:18 (UTC +04:00)
ABŞ-ın prezidentliyinə namizəd olacağını açıqlayan sabiq dövlıt katibi hillari Klinton ABŞ Ali Məhkəməsinin bütün ştatlarda həmcins nikahlara icazə verəcəyinə ümid edir.
Hillari Klinton ABŞ-da eynicinsli nikahları qanuniləşdirməyi təklif edir

Azərbaycan, Bakı, 16 aprel /Trend/

ABŞ prezidentliyinə namizəd olacağını açıqlayan sabiq dövlət katibi Hillari Klinton ABŞ Ali Məhkəməsinin bütün ştatlarda həmcins nikahlara icazə verəcəyinə ümid edir.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, onun mətbuat katibi Adrien Elrod Amerikanın "Sun Herald" qəzetinə H.Klintonun "nikahların bərabərliyini dəstəklədiyini" deyib.

Əvvəl xanım Klinton eynicinsli nikahlara qarşı çıxsa da, 2013-cü ildə dövlət katibi vəzifəsindən istefa verəndən sonra tamam başqa fikirlərlə mətbuata gəlmişdi.

Hazırda H.Klinton Demokrat Partiyasının 2016-cı ildə prezidentliyə namizədi olmaq uğrunda mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti