...

İstanbulda Taksim meydanına giriş bağlandı

Dünya xəbərləri Materials 20 Aprel 2015 19:19 (UTC +04:00)
Türkiyə polisi İstanbulda Taksim meydanına girişi bağlayıb.
İstanbulda Taksim meydanına giriş bağlandı

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə polisi İstanbulda Taksim meydanına girişi bağlayıb. Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu, mayın 1-də həmkarlar ittifaqlarının gözlənilən nümayişləri ilə bağlıdır.

Bu gün Türkiyədə həmkarlar ittifaqları İstanbul meriyasına 1 may yürüşünün keçirilməsi üçün müraciət ediblər.

Məlumata görə, İstanbul meriyası Taksim meydanında yürüşün keçirilməsini qadağan edib və bu onunla izah edilir ki, meydanda belə yürüşlərin keçirilməsi üçün yer yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti