...

Misirin keçmiş prezidentinə 20 il həbs cəzası kəsildi

Dünya xəbərləri Materials 21 Aprel 2015 14:01 (UTC +04:00)
Qahirənin cinayət məhkəməsi keçmiş prezident Muhammed Mursi və "Müsəlman qardaşları" hərəkatının 14 funksioneri barəsində 20 il müddətinə həbs qərarı çıxarıb.
Misirin keçmiş prezidentinə 20 il həbs cəzası kəsildi

Azərbaycan, Bakı 21 aprel /Trend/

Qahirənin cinayət məhkəməsi keçmiş prezident Məhəmməd Mursi və "Müsəlman qardaşları" hərəkatının 14 funksioneri barəsində 20 il müddətinə həbs qərarı çıxarıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müttəhimlərdən Azadlıq və Ədalət Partiyasının sədr müavini İsam Aryan, təşkilat fəalı Məhəmməd Baltaqi 2012-ci ilin dekabrında prezident iqamətgahı yaxınlığında baş verən iğtişaşlarda 6 nümayişçinin öldürülməsində və yüzlərlə şəxsə xəsarət yetirməkdə təqsirli biliniblər.

Bir sıra hüquqşünasların sözlərinə görə, əgər onlara ittihamlar tam sübuta yetirilərdisə, ölüm cəzası ilə üzləşə bilərdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti