...

Qazaxıstanda prezident seçkilərində 70%-ə yaxın seçici səs verib

Dünya xəbərləri Materials 26 Aprel 2015 14:42 (UTC +04:00)
Qazaxıstan prezidenti seçkilərində yerli vaxtla 14:00 əsasən seçicilərin 68,48% səsvermədə iştirak edib
Qazaxıstanda prezident seçkilərində 70%-ə yaxın seçici səs verib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Qazaxıstan prezidenti seçkilərində yerli vaxtla 14:00 əsasən seçicilərin 68,48% səsvermədə iştirak edib. Bunu Qazaxıstan MSK-da deyiblər.

Qeyd edək ki, prezident postuna 3 namizəd var. Onlardan biri hal-hazırki prezident Nursultan Nazarbayev, digərləri isə Komunist Xalq partiyasının katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov.

Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti