...

Nepalda zəlzələ qurbanlarının sayı 3,5 mini keçib

Dünya xəbərləri Materials 27 Aprel 2015 12:29 (UTC +04:00)
Nepalda zəlzələ qurbanlarının sayı 3,5 mini keçib.
Nepalda zəlzələ qurbanlarının sayı 3,5 mini keçib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Nepalda zəlzələ qurbanlarının sayı 3,5 mini keçib.

Trend-in məlumatına görə, bu barədə "Nepal1" telekanalı xəbər yayıb.

"Ölənlərin sayı 3585 nəfər olub, 6 mindən çox insan isə xəsarət alıb", - deyə televiziyanın məlumatında bildirilir.

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalın paytaxtı Katmandudan 82 kilometr şimal-qərbdə 7,9 bal gücündə zəlzələ baş verib. Ondan sonra isə bir neçə afterşok xarakterli təkanlar baş verib, bazar günü isə 6,7 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti