...

Abdullah Gül: Ermənistan Türkiyənin çağırışını eşitməlidir

Dünya xəbərləri Materials 27 Aprel 2015 17:54 (UTC +04:00)
Ermənistan Türkiyənin birgə komissiya yaratmaq çağırışını eşitməlidir.
Abdullah Gül: Ermənistan Türkiyənin çağırışını eşitməlidir

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistan Türkiyənin birgə komissiya yaratmaq çağırışını eşitməlidir. Trend-in məlumatına görə, bunu "əş-Şərq" ərəb qəzetinə müsahibəsində Türkiyənin sabiq Prezidenti Abdullah Gül deyib.

O, qeyd edib ki, Türkiyə Ermənistana 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaratmağı təklif edib, amma bu təklif hələ də cavabsız qalıb.

A.Gülün sözlərinə görə, 1915-ci il hadisələrini araşdırmağa xidmət edəcək bu komissiyada ABŞ və Rusiyadan olan tarixçilər də yer ala bilər: "Bu hadisələr zamanı ancaq ermənilər yox, Osmanlı ərazisində yaşayan bütün xalqlar zərər çəkiblər".

O, Türkiyə tarixində "erməni soyqırımı"nın olmadığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti