...

Gürcüstan Ermənistana etiraz etdi

Dünya xəbərləri Materials 5 May 2015 13:47 (UTC +04:00)
Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Ermənistan spikeri Halust Saakyanın de-fakto Cənubi Osetiyanın Sxinval regionunun nümayəndəsi ilə görüşü barədə Gürcüstan XİN-ə çağrılıb
Gürcüstan Ermənistana etiraz etdi

Azərbaycan, Bakı, 5 may /Trend/

Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Ermənistan spikeri Halust Saakyanın de-fakto Cənubi Osetiyanın Sxinval regionunun nümayəndəsi ilə görüşü barədə Gürcüstan XİN-ə çağırılıb. Bu barədə Trend Novosti-Qruziya dərgisinə istinadən məlumar verir.

Cənubi Osetiya KİV-in iddiasına görə, de-fakto Gürcüstanın separatçı regionu Sxinvalın parlament spikeri olan Anatoli Bibilov ermənistanlı həmkarı Halust Saakyanın dəvətilə Azərbaycanın işğal altında olan ərazisində - Dağlıq Qarabağda səfərdə olub.

Nazirliyin məlumatında deyilir: "Gürcüstanın xarici işlər naziri Qiqi Qiqiadze Etmənistanın spikeri ilə Rusiyanın işğalçı rejimində Sxinval regionunun hazırki nümayəndəsi, qondarma "parlamentin sədri" ilə görüşündən olduqca narahat olduğunu bildirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti