...

Stalinin büstünü qəbul etmədilər (FOTO)

Dünya xəbərləri Materials 6 May 2015 01:22 (UTC +04:00)
Almaniyanın Moskvadakı səfirliyində Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan üzvlərinin və Kommunist Partiyasının fəallarının gətirdiyi hədiyyələrdən birini qəbul etməyiblər.
Stalinin büstünü qəbul etmədilər (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Elçin Mehdiyev/

Almaniyanın Moskvadakı səfirliyində Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan üzvlərinin və Kommunist Partiyasının fəallarının gətirdiyi hədiyyələrdən birini qəbul etməyiblər. Bu barədə Trend Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, səfirlik əməkdaşları içərisində Stalinin kiçik büstünün olduğu hədiyyəni qəbul etməkdən imtina ediblər.

II Dünya müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş aksiyada səfirlik əməkdaşları da kommunistlərə hədiyyələr veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti