Azərbaycan, Bakı, 25 may /Trend/
Avstriyanın paytaxtı Vyanada atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər isə ciddi xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə bazar ertəsinə keçən gecə baş verib.
Tramvayda 4 kişi arasında mübahisə yaranıb. Onlardan ikisi dayanacaqda nəqliyyatı tərk etmək istəyərkən tramvaydakılar atəş açmağa başlayıblar.
Kişilərdən biri xəstəxanada dünyasını dəyişib, ikincisinin vəziyyəti isə ağırdır. Bundan başqa, cinayətkar yoldan ötən 19 yaşlı qızı yaralayıb, onun vəziyyəti stabildir.
Polis insidenti araşdırmağa başlayıb. Tramvayda video-müşahidə sisteminin olduğu bildirilir.